Sep 05 2019 15:28
Ferah Sabirqizi
Views: 120

Ermənistanın illərdir apardığı işğalçılıq siyasəti bölgəyə iqtisadi, hərbi, siyasi və mədəni cəhətdən ən böyük zərbələr vurub və vurmaqdadır. Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızı işğal altında saxlaması bütün bölgədə sülh və inkişafa təhdiddir. "Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin hazırladığı "Azərbaycanın haqqı” adlı video material əsasən bu mövzuya həsr edilib.


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə hazırlanan video materialda Ermənistanın işğalçılıq siyasətinin müxtəlif aspektləri vurğulanır. Burada işğal altında olan zonalarda qanunsuz əməllər – narkotik maddələrin becərilməsi, terrorçuluq düşərgələrinin salınması kimi faktlar sadalanır. Həmçinin, Ermənistanın Azərbaycan ərazilərindəki tarixi mədəni abidələri məhv etməsi, bəzilərini özününküləşdirməsi, tarixi saxtalaşdırması haqqında məsələlər vurğulanır.

Videoda millət vəkili Qənirə Paşayeva, tarixçi alim, AMEA-nın Qafqazşünaslıq institutunun direktoru Musa Qasımlının rəyləri yer alıb. Həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin çıxışlarından birində səsləndirdiyi fikirlər materiala salınıb.

Qeyd edək ki, video material "Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin icra etdiyi "Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təqdim olunub.
Layihə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə məlumat verən tematik videoçarxın hazırlanması, xarici dillərə tərcümə olunması, ictimaiyyətə təqdim olunmasından bəhs edir.

"Azərbaycanın haqqı” videosu təşkilatın Youtube kanalı, sosial şəbəkə hesablarında və media orqanlarında paylanılıb. Video ingilis və rus illərində tərcümə olunaraq internetə yerləşdirilib və beynəlxalq təşkilatlara göndərilib.


Create Account



Log In Your Account