Mar 31 2020 10:45
Elshad Aliyev
Views: 76

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb. Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub. Qrız kəndində qarın hündürlüyü 10 sm-ə, Xınalıqda isə 2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.


Create Account



Log In Your Account