Aug 10 2020 14:20
Elshad Aliyev
Views: 46

Məşğulluq Agentliyi tərəfindən ölkənin məşğulluq xəritəsi hazırlanır. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyindən APA-ya bildirilib ki, xəritə elektron informasiya sistemlərindən toplanmış məlumatlar nəticəsində yaradılır. Məlumat bazasında ölkənin bütün inzibati ərazi bölgüsü üzrə əsas məşğulluq göstəriciləri, əmək resursları, məşğul əhali, muzdla işləyənlər, fərdi sahibkarlar, torpaq pay mülkiyyətçiləri, onların sekteral bölgüsü, işsiz şəxslər, ərazi məşğulluq proqramlarının icra vəziyyəti və s. aid informasiyalar toplanacaq.  

Hər rayon və şəhər üzrə hazırlanacaq xəritə elektron formada ictimaiyyətə təqdim ediləcək. Ölkənin məşğulluq xəritəsi sosial və iqtisadi sahədə atılacaq addımların dinamikasını göstərəcək və məşğulluq proqramlarının hazırlanması və icrası işinin daha da təkmilləşdirilməsinə imkan verəcək. 


Create Account



Log In Your Account