May 20 2020 12:58
Elshad Aliyev
Views: 40

Yanvar-aprel aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, Tunis və İran olub.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlara əsasən xəbər verir ki, ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 1 milyard 515,3 milyon ABŞ dolları, Tunislə 144,2 milyon dollar, İranla isə 105,6 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən Tunis və Türkiyə ilə ticarət dövriyyəsi artıb, İranla isə azalıb.

 


Create Account



Log In Your Account