Dec 30 2019 11:58
Elshad Aliyev
Views: 109

Cari ilin 11 ayında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, İran və Qazaxıstan olub.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlara əsasən xəbər verir ki, hesabat dövründə ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 4 milyard 26,7 milyon ABŞ dolları, İranla 452,6 milyon dollar, Qazaxıstanla isə 220,5 milyon dollar təşkil edib. Hər üç ölkə ilə ticarət dövriyyəsi ötən ilin eyni aylarına nisbətən artıb. Artım Türkiyə ilə 1 milyard 39,1 milyon dollar, İranla 57,5 milyon dollar, Qazaxıstanla ilə 26,8 milyon dollar təşkil edib.


Create Account



Log In Your Account