Mar 27 2020 11:16
Elshad Aliyev
Views: 75

Bu ilin yanvar ayında Azərbaycan 1,32 mlrd. kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 271,5 mln. ABŞ dollarına yaxın olub ki, bu da illik ifadədə 1,8 dəfə artım deməkdir.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.


Create Account



Log In Your Account