Mar 18 2020 17:28
Elshad Aliyev
Views: 100

2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 347 123,1 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6 611 min dollar və ya 1,9% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 2 789,6 min dollar və ya 3,1% artaraq 91 525,4 min dollar, idxalın həcmi isə 3 821,4 min dollar və ya 1,5% artaraq 255 597,7 min dollar təşkil edib. Göründüyü kimi, idxal ixracı 2,8 dəfə üstələyib.

Hesabat dövründə 164 072,2 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1031,9 min dollar və ya 0,6% çoxdur.


Create Account



Log In Your Account