Apr 22 2020 14:05
Elshad Aliyev
Views: 57

Azərbaycanın Türkiyədəki səfirliyi və Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyinin əməkdaşlığı çərçivəsində AGAH TV-də yeni rubrika fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, AGAH-ın sədri Təbriz Raufoğlunun aparıcılığı ilə gerçəkləşdirilən proqramda COVID-19 pandemiyasının Türkiyə və Azərbaycanda yaratdığı klinik vəziyyət müzakirə olunub. Paralel olaraq sosial şəbəkələrdə də yayımlanan rubrikanın qonağı Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Birliyinin (AHB) sədri Fərid Qasımzadə olub.

Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə AHB-nin üzvü olan Azərbaycan əsilli həkimlərin ölkəmizə ezam olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Səfirliyimizin pandemiya ilə əlaqədar yaranmış situasiyada vətəndaşlarımızın hərtərəfli müdafiəsini əhatə edən tədbirlər planının müzakirəsinə yer verildiyi rubrikada Azərbaycan və Türkiyə arasındakı əlaqələrin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AGAH TV-nin efirində cəmiyyətimizin müxtəlif təbəqələri, o cümlədən qadınlar, iş adamları, elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də Türkiyə ictimaiyyətinin təmsilçiləri ilə də görüşlər təşkil olunacaq.


Create Account



Log In Your Account