Jul 07 2020 14:51
Elshad Aliyev
Views: 181

Azərbaycan Turizm Bürosu Azərbaycan haqqında məlumatlılığın saxlanılması və genişləndirilməsi fəaliyyətini onlayn vebinarlar və görüşlər vasitəsilə davam etdirir.

CBC xəbər verir ki, fəaliyyət çərçivəsində iyun ayı ərzində xarici bazarlardakı turizm tərəfdaşları ilə 54 onlayn görüş və 17 vebinar təşkil olunub.

Onlayn görüşlərdə Yaxın Şərq ölkələri, Hindistan, Çin, Rusiya, Belarus, Qazaxıstan, Polşa, Almaniya, Böyük Britaniya, İtaliya, Hollandiya və Norveçdən olan turoperatorlar və turizm şirkətləri ilə postpandemiya dövründə dünya turizminin yeni inkişaf trendləri və turizm sənayesindəki dəyişikliklər mövsuzunda müzakirələr aparılıb.

Hədəf bazarlardan olan turizm şirkətlərinin nümayəndələri ilə keçirilən vebinarlara isə 470-dən çox iştirakçı qatılıb.  

Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platforması (elearning.tourismboard.az) vasitəsilə Avropa, Yaxın Şərq ölkələri, MDB ölkələri, Yaxın Şərq, Cənubi Asiya kimi regionlardan olan 40-dan çox ölkədən 312 nəfər Azərbaycan haqqında ümumi məlumat, Azərbaycan təbiəti, Azərbaycan toy destinasiyası kimi, şərab turları, alman irsi, yəhudi irsi, müalicəvi turizm məhsulları, qastronomiya, həmçinin regionların turizm imkanları kimi bir neçə moduldan ibarət olan təlimlərdə iştirak edərək “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb.


Create Account



Log In Your Account