Jun 02 2020 15:10
Elshad Aliyev
Views: 65

Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes-klubunun təşəbbüsü ilə Azərbaycanın və Rusiyanın müxtəlif ölkələrdə yerləşən ticarət nümayəndələrinin onlayn görüşü təşkil olunub.

Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın RF-dəki ticarət nümayəndəsi Ruslan Əliyev, Rusiyanın Almaniyadakı ticarət nümayəndəsi Andrey Sobolev və RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov öz çıxışlarında ictimai birliklərin və biznesin qarşılıqlı fəaliyyətindən söhbət açıblar. Rusiyanın Macarıstandakı ticarət nümayəndəsi Pavel İlyinak səmərəli əməkdaşlığın qurulmasında biznesə yardım mövzusuna toxunub, işgüzar əlaqələrin formalaşdırılması üçün zəruri vasitələr barədə danışıb. Müzakirələrdə Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak edib.

Xarici iqtisadi fəaliyyətdə biznes maraqlarının təmsil olunmasında ticarət nümayəndəliklərinin rolunu Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev və Azərbaycanın Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsi Nemət Nağdəliyev işıqlandırıblar. RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov biznesin maraqlarının qorunması üzrə hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyət təcrübəsini bölüşüb.

Görüşün yekunlarına görə belə formatda görüşlərin davam etdirilməsi qərara alınıb.


Create Account



Log In Your Account