May 22 2020 11:03
Elshad Aliyev
Views: 34

Azərbaycanın Özbəkistandakı səfirliyi Ramazan bayramı münasibətilə Daşkənddəki Xlebuşkin adına 22 nömrəli uşaq evinə bayram sovqatı göndərib.

Səfir Hüseyn Quliyevin təşəbbüsü ilə hazırlanan bayram sovqatını səfirliyimizin müşaviri Arif Abbasov və digər diplomatlar uşaq evinə təhvil verib. Bayram sovqatına müxtəlif ərzaq məhsulları, meyvələr, paxlava daxildir.

Hüseyn Quliyev AZƏRTAC-ın müxbirinə bildirib ki, müxtəlif bayramlarda səfirlik müntəzəm olaraq bu uşaq evinə bayram sovqatı göndərir. Uşaq evində 120 uşaq tərbiyə alır. Bayram münasibətilə uşaqları sevindirmək hər bir insanın borcudur. Biz bundan sonra da belə aksiyaları davam etdirəcəyik.


Create Account



Log In Your Account