Dec 10 2019 13:47
Elshad Aliyev
Views: 150

Özbəkistan Respublikası Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin Elm və Təhsil şöbəsinin müdiri Əziz Dusmatov ölkəmizdə səfərdə olub. O, səfər zamanı Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanovla görüşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı aktual məsələlər müzakirə edilib, əhəmiyyətli mövzular üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda iki qurum arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandumun imzalanması iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və inkişaf etdirilməsinə zəmin yaradacaq, ikitərəfli əlaqələr digər sahələrdə olduğu kimi əczaçılıq sahəsində də öz töhfəsini verəcək.


Create Account



Log In Your Account