Nov 14 2019 12:23
Elshad Aliyev
Views: 56

Milli Məclisin (MM) bir qrup deputatı Belarus Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Minsk şəhərində səfərdə olacaqlar.

MM-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, millət vəkilləri Sahibə Qafarova AŞPA-nın xətti ilə, Xanlar Fətiyev MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, Tahir Mirkişili isə ATƏT PA-nın beynəlxalq müşahidəçilər missiyasının tərkibində prosesə qatılacaqlar.

Deputatlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrinə gedəcək, orada yaradılmış şəraitlə yaxından tanış olacaq, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər noyabrın 18-də başa çatacaq.


Create Account



Log In Your Account