Dec 18 2019 13:23
Elshad Aliyev
Views: 128

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü, deputat Cavanşir Paşazadə Özbəkistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dekabrın 19-da bu ölkənin paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Millət vəkilləri seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişatı zamanı ölkə vətəndaşlarının fəallığını izləyəcəklər.

Səfər dekabrın 24-də başa çatacaq.
 

Qeyd edək ki, Özbəkistanda parlament seçkiləri dekabrın 22-də seçkilər keçiriləcək.


Create Account



Log In Your Account