Mar 28 2017 16:23
Ulviyye Sabirqizi
Views: 1014

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Rete Sole” televiziya kanalında yayımlanan “Romadakı səfirlər” proqramının qonağı olub. 

CBC xəbər verir ki, proqramın aparıcısı Marko Finelli ilə aparılan söhbətdə Azərbaycan diplomatı ölkəmizin müstəqillik tarixi, inkişaf strategiyası, Azərbaycanda qeyri-neft sektorlarının inkışafı istiqamətində aparılan işlər, ölkəmizin xarici siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Azərbaycanın multikulturalizm ənənələri, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər, habelə Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə danışmış, İtaliya ilə bağlı təəssüratlarını bölüşüb.

Müsahibəyə bu linkdən baxa bilərsiniz: https://www.youtube.com/watch?v=l_Q9YdAv9g0

 


Create Account



Log In Your Account