Apr 14 2020 14:15
Elshad Aliyev
Views: 73

Aprel-may aylarında elektrik enerjisi sərfiyyatı artırılmış limitlə hesablanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin Qərarına əsasən, "Azərişıq" ASC-də elektrik enerjisi sərfiyyatına görə limitlər 300 kilovat/saatdan 400 kilovat/saat artırılıb. Buna səbəb əhalinin evdə qalması ilə bağlı elektrik enerjisindən istifadənin çoxalmasıdır. Artıq qanuna uyğun şəkildə sistemlər tənzimlənib.

Q.Həmidov qeyd edib ki, qərarda bildirilən 2 aylıq müddət aprel və may aylarını əhatə edir. Bu o deməkdir ki, apreldə mart ayının sərfiyyatları abonentlərə bildiriş olaraq verildiyi üçün may ayında aprelin sərfiyyatı veriləcək və həmin vaxt 400 kilovat/saat nəzərə alınacaq. Həmçinin iyun ayında mayla bağlı veriləcək bildirişlərdə də 400 kilovat/saatlıq limit üzrə hesablama aparılacaq. 400 kilovat/saatlıq limitlə bağlı artım yalnız əhali qrupu abonentlərinə şamil olunmaqdadır.


Create Account



Log In Your Account