Nov 28 2019 14:52
Elshad Aliyev
Views: 103

Bu ilin yanvar-oktyabr aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 26 ölkəsinə 37,5 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 67,4% artıb.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib. 2019-cu ilin oktyabr ayında isə "Azərkosmos" ASC dünyanın 23 ölkəsinə 7,2 mln. dollar dəyərində xidmət ixrac edilib.

"Azərkosmos" ASC-nin 2019-cu ilin yanvar-oktyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.

 


Create Account



Log In Your Account