Mar 30 2020 11:32
Elshad Aliyev
Views: 76

“Azərkosmos” ASC Koronavirus pandemiyasının ölkədə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə xüsusi gücləndirilmiş iş rejimində keçib.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə,  ofis şəraitində əməkdaşların bir arada işləməsi xüsusi karantin rejimində riskli hesab olunur. 

Belə ki, ofisdə olması kritik olan əməkdaşlar istisna olmaqla müəssisə işinin effektivliyini saxlayaraq evdən distant işləmə sistemində fəaliyyətini davam etdirir.

Peyk operatorlar və mühəndislər 24 saat növbəli iş rejimində tam izolyasiya olunan iş şəraitində hər 3 peykin (“Azerspace-1”, “Azerspace-2” və “Azersky”) fasiləsizliyini təmin edir və onları daim nəzarətdə saxlayır.


Create Account



Log In Your Account