Apr 29 2020 12:06
Elshad Aliyev
Views: 53

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən yük aviaşirkəti ilə danışıqlar davam etdirilərək beynəlxalq poçtdaşımaları barədə yeni razılıq əldə olunub.

Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Almaniya, ABŞ, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Honkonq, Gürcüstan, Estoniya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Kanada, Koreya Respublikası, Qazaxıstan, Qırğızıstan, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Sinqapur, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu həyata keçirilir. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda məlumatlar “Azərpoçt” MMC-nin saytında (“azerpost.az”) yerləşdiriləcək.

Qeyd edək ki, hazırda xarici ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.

Xatırladaq ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla aprelin 14-dən etibarən “Azərpoçt” MMC 18 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib. Yeni qərarla isə qeyd olunan dövlətlərin sayı 34-ə çatdırılıb.


Create Account



Log In Your Account