Apr 14 2020 11:30
Elshad Aliyev
Views: 81

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin bütün poçt şöbələrinin fəaliyyəti (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) adi iş rejiminə uyğun olaraq bərpa edilib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi və operativliyin təmin olunmasıdır. Bakıda və regionlarda yerləşən poçt şöbələri ilə yanaşı, “Şəbəkə” xidmət mərkəzləri də bazar günü daxil olmaqla hər gün saat 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.

Poçt şöbələrində əhaliyə poçt-maliyyə xidmətlərinin göstərilməsi, teleqramların, məktubların, banderolların, bağlamaların, əsgər göndərişlərinin, pul köçürmələrinin çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin edilir. Eyni zamanda, koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün bir sıra sosial layihələrin icrası həyata keçirilir.


Create Account



Log In Your Account