Apr 21 2020 12:21
Elshad Aliyev
Views: 69

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC-nin respublika üzrə 1494 poçt şöbəsində birdəfəlik ödənişlərin verilməsi gündəlik davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlar üçün birdəfəlik ödəmə (190 manat) vəsaiti köçürülərkən onlara bu barədə SMS göndərilir. Onlar mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq mesajda “Azərpoçt” MMC qeyd edilibsə istənilən poçt şöbəsinə, bank göstərilibsə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər.


Create Account



Log In Your Account