May 21 2020 15:53
Elshad Aliyev
Views: 46

"Azəriqaz" İstehsalat Birliyi Ramazan bayramındakı qeyri-iş günlərində Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələri, eləcə də Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında (Nizami rayonu, Babək pr. 21/24) səhər saat 10:00-dan saat 17:00-dək müştəri xidmətləri göstərəcək.

Birlikdən AZƏRTAC-a bildirilib ki, xidmətlərə aşağıdakılar daxildir:

• itirilmiş və ya zədələnmiş smart kartların bərpası;

• yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi;

• qüsurlu ödənişlərin bərpası;

• smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi;

• koda düşmüş kartların bərpası;

• qaz sərfiyatına görə dəymiş ziyanın ödənilməsi;

• dini qurumlara limitlərin verilməsi;

• smart tipli sayğaclarda istifadə edilməyən məbləğlərin abonent koduna köçürülməsi;

• borc və ödəniş haqqında məlumatların verilməsi.

 


Create Account



Log In Your Account