Jan 15 2019 16:30
Ferah Sabirqizi
Views: 258

Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən azad olunub.

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

AzTV sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədliyə tapşırılıb.

Rövşən Məmmədli AzTV-yə 2015-ci ildə gəlib. Bu təyinatadək  AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub. 

O, daha əvvəllər “Lider” TV-də çalışıb. R.Məmmədli hazırda AzTV-də çalışmaqla yanaşı, Bakı Avrasiya Universitetində də dərs deyir.


Create Account



Log In Your Account