Feb 28 2020 14:57
Elshad Aliyev
Views: 254

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) 1988-ci ildə baş verən Sumqayıt hadisələri ilə bağlı yeni sənədli film hazırlayıb.

AzTV-dən AZƏRTAC-a verilən məlumata görə, “Kod adı: NALYOTÇİK” adlı sənədli filmin hazırlanmasında nadir videoarxiv materiallardan istifadə edilib, dövrün məsul şəxslərindən müsahibələr yer alıb, məxfi sənədlər araşdırılıb. Filmdə talançı qrupun rəhbəri Eduard Qriqoryanın istintaq zamanı dindirilməsini, onun günahını sübut edən nadir ifadələrlə tanış ola biləcəksiniz. Film fevralın 28-də saat 21:30-da AzTV-də yayımlanacaq.

Qeyd edək ki, 1988-ci il fevralın 27-29-da Sumqayıtda həyata keçirilən qanlı ssenari nəticəsində 6-sı azərbaycanlı, 26-sı isə erməni olmaqla, ümumilikdə 32 Azərbaycan vətəndaşı qətlə yetirilib, yüzlərlə mənzil talan olunub, 50-dən çox mədəni-məişət obyekti dağıdılıb. Filmdən hissələrlə bu link vasitəsilə tanış olmaq mümkündür.


Create Account



Log In Your Account