Feb 20 2020 14:22
Elshad Aliyev
Views: 124

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş bədii film-kompozisiya çəkib.

AZƏRTAC xəbər verir ki, fərqli üslubda çəkilən “Xocalı yol gözləyir” adlı film-kompozisiya soyqırımının canlı şahidi olmuş və əsirlikdən qayıtmış şəxslərin nəql etdikləri əsasında lentə alınıb. Filmdəki səhnələr dəhşətli fevral gecəsində yaşananları əks etdirir. Kadrların daha real olması üçün çəkilişlər İsmayıllının Buynuz kəndində mənfi 10 dərəcədə aparılıb.

Film-kompozisiyada Xocalı soyqırımına həsr olunmuş musiqilər ifa olunub.

Elnarə Xəlilova, Lalə Məmmədova, Ramal, Ayaz, Günay Mehdiyeva, Xalq artisti Sabir Məmmədov və daha onlarla aktyor və aktrisa layihəyə cəlb olunub. “Xocalı yol gözləyir”in ideya müəllifləri və quruluşçu rejissorları Etibar Babayev və Elnur Məmmədovdur.

Sözügedən bədii film-kompozisiya fevralın 26-da saat 21:30-da AzTV-də yayımlanacaq.


Create Account



Log In Your Account