Feb 26 2019 17:32
Ferah Sabirqizi
Views: 224

23 fevral tarixdə Bakıda yerli aparıcı biznes jurnalı olan "Business Time" tərəfindən illik milli "Azeri Business Award 2018"  mükafatlandırma mərasimi keçirilib. Tədbir jurnalın 10 illik yubileyinə təsadüf edib.  

Mərasimdə “Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə” əsas mükafata Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri  əlahəzrət Mohamed Alqubaisi layiq görülüb. 

Bakıda missiyasına başladıqdan etibarən əlahəzrət Mohamed Alqubaisin əsas hədəfi  BƏƏ və Azərbaycan arasında ikitərəfli əlaqələrin mövcud  iqtisadi potensialından maksimum yararlanmaq idi. Bundan öncə Sinqapurda olan diplomatik missiyası dövründə, BƏƏ ilə Sinqapur arasında ticarət əlaqələrinin üç dəfə artımını təmin etmiş cənab Səfir qazandığı böyük təcrübə və uğurlu nəticələrlə  BƏƏ və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsinin həcmini artırmaq səylərini davam etdirir.

Əlahəzrət cənab səfir iki ölkə arasında ticarət və turizm əlaqələrini daha yaxşı formada etmək hədəfinə nail olmaqda Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev, eləcə də Azərbaycan hökuməti, Respublikanın Xarici İşlər Nazirliyi tərəfindən daim dəstək tapıb. 

Azərbaycan davamlı inkişaf və biznes sahəsində yeni nailiyyətlər qazanmaq üçün nəhəng potensialı olan ölkədir. Və əlahəzrət səfir BƏƏ-Azərbaycan Ticarət Məclisi adlanan biznes müzakirələri və tərəfdaşlıq platformasını yaratmaq təşəbbüsü ilə çıxış edib. Diplomatik missiyası ərzində BƏƏ-nin iki hava yolları şirkəti Azərbaycana birbaşa uçuşlar həyata keçirməyə başlamış, turist axını artmış, BƏƏ iş adamları tərəfindən Azərbaycanın qeyri-neft sənayesinə maraq  böyüyüb. 

Səfir Alqubaisi hər zaman mövcud ikitərəfli münasibətlərin daha da inkişaf etdirmək üçün yeni təşəbbüsləri, fikirləri və təklifləri alqışlayır və inanır ki, Azərbaycan Hökumətiinin dəstəyilə gələcəkdə daha böyük nailiyyətlər əldə olunacaq.


Create Account



Log In Your Account