Mar 02 2020 16:26
Elshad Aliyev
Views: 88

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

İdarədən AZƏRTAC-a bildiriblər ki, respublikanın əksər bölgələrində hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar sutkanın qaranlıq vaxtında hərəkət istiqamətində görmə şəraitinin məhdudlaşmasını nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, sürət həddini müəyyən olunan maksimum hədlərə görə deyil, yol və meteoroloji şəraitə uyğun seçmələrini tövsiyə edib. Piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmək, habelə yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmək tövsiyə olunub.


Create Account



Log In Your Account