Nov 06 2019 15:10
Elshad Aliyev
Views: 38

Böyük Britaniyanın Baş Naziri Boris Conson parlamentin buraxılması üçün Kraliça II Yelizaveta ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Boris Conson "Twitter" səhifəsində bildirib.

O, rəsmi olaraq Britaniya parlamentinin buraxılmasına icazə istəmək üçün Bukingem Sarayına getdiyini yazıb.

Qeyd edək ki, parlamentin buraxıldığı rəsmi olaraq təsdiqləndikdən sonra dekabrdın 12-də keçiriləcək seçkilər üçün kampaniya başlayacaq.


Create Account



Log In Your Account