Apr 08 2020 11:36
Elshad Aliyev
Views: 82

Böyük Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti stabildir.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Nazirin ofisindən məlumat verilib.

Bildirilib ki, B. Conson ikinci gecəni də reanimasiya şöbəsində keçirib və onun vəziyyəti stabildir.

Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B. Conson artıq 11 gün ev şəraitində karantində olub. Ancaq o, sonuncu videomüraciətində bildirib ki, onda virusun simptomları hələ də özünü göstərir və onun yüksək hərarəti var. Aprelin 5-də  B. Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb. Baş Nazirin ofisi B. Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakterli olduğunu deyib. Aprelin 6-da isə Baş Nazir koronovirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.


Create Account



Log In Your Account