May 19 2020 14:05
Elshad Aliyev
Views: 48

Bağdadın ABŞ səfirliyinin də yerləşdiyi Yaşıl bölgə adlanan rayonunda terror aktı törədilib. AZƏRTAC İraq KİV-lərinə istinadla xəbər verir ki, Yaşıl bölgə rayonuna iki raket atılıb. Raket zərbələri nəticəsində ABŞ səfirliyinin yaxınlığında yerləşən inzibati binalardan birinin divarı dağılıb.

İraqın təhlükəsizlik orqanlarının yaydığı məlumata görə, atəş Bağdadın Fələstin prospektindən atılıb. Raketlərdən biri binanın divarını dağıtsa da, insan tələfatı olmayıb.

Təhlükəsizlik orqanları təxirəsalınmaz tədbirlər görməyə başlayıblar, təhqiqat aparılır. ABŞ-ın və digər dövlətlərin səfirliklərinin inzibatı binalarının mühafizəsi gücləndirilib.


Create Account



Log In Your Account