Apr 07 2021 17:04
Elshad Aliyev
Views: 149

Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Bahar nəfəsi” adlı onlayn fotomüsabiqə keçirilib.

AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, müsabiqənin təşkilində əsas məqsəd pandemiya dövründə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi və ətraf aləmin gənclər tərəfindən estetik cəhətdən dərk olunmasının təşviqidir.

Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmələrin yekun nəticəsinə əsasən, fotomüsabiqədə l yeri Ayşən Zərbəliyeva, ll yeri Nigar Yaqubova, lll yeri isə Aysu Əsədova qazanıblar.

Şahzadə Ələkbərova, Aysun Ələkbərova, Pərvanə Həsənova və Nəzrin Bünyatova isə fotomüsabiqənin fərqlənən iştirakçıları seçiliblər.

Qaliblər və fərqlənən iştirakçılar Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən diplomlarla təltif ediliblər.


Create Account



Log In Your Account