Apr 20 2020 12:25
Elshad Aliyev
Views: 81

Bakı Ali Neft Məktəbində (BANM) 2019/2020-ci tədris ilinin yaz semestrinin bütün dərslərini başa vuran tələbələr üçün final imtahanı onlayn qaydada təşkil edilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, ilk olaraq final imtahanları neft-qaz mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının V kurs tələbələri üçün keçirilib. Mülki müdafiədə tibbi yardımın əsasları fənnindən keçirilən imtahanda 70 nəfərə qədər tələbə iştirak edib. Üç saat davam edən imtahanda tələbələr 25 sualı cavablandırıblar.

İmtahanlar LMS (Learning Management System - Öyrənmənin İdarəolunması Sistemi) sistemi üzərindən reallaşdırılıb.


Create Account



Log In Your Account