Feb 19 2020 12:33
Elshad Aliyev
Views: 52

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Malayziyada “Planet üçün yarat 2020” (“Invent For the Planet”) adlı 48 saatlıq qlobal innovasiya yarışmasının qalibi olublar.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, komanda üzvləri Əli Yusifov, Elnur Şahbalayev və Nail Kərimov Malayziyanın Petronas Texniki Universitetini təmsil edərək I yerə layiq görülüblər. Yarışmanın son günü komandalar öz layihələri haqqında 90 saniyəlik videoçarx hazırlayaraq, Texas A&M Universitetində keçiriləcək “Invent For the Planet” yarışmasının final mərhələsində iştirak etmək üçün təqdim ediblər.

Qeyd edək ki, dünya üzrə 38 universitetdən yalnız 5 komanda yarışmanın ABŞ-ın Texas ştatında keçiriləcək final mərhələsində təmsil olunmaq hüququ qazanır.

Sözügedən tələbələr Bakı Ali Neft Məktəbi ilə neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab olunan Malayziyanın Petronas şirkəti arasında əməkdaşlıq çərçivəsində həmin ölkənin Petronas Texniki Universitetində təhsillərini davam etdirirlər.

Tələbələrin təqdim etdiyi həll tənha yaşayan yaşlı insanların təcili yardıma ehtiyacı olduqları halda istifadə edə biləcəyi ağıllı cihazdır. Hazırda layihə üzərində təkmilləşdirmə işləri aparılır.


Create Account



Log In Your Account