Mar 19 2020 11:05
Elshad Aliyev
Views: 42

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirilib. 

Qurumun mətbuat xidmətinin rəhbəri Pərvin Ağabalayeva APA-ya açıqlamasında bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir.

Qurum rəsmisi eyni zamanda bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargahın Bakıya girişlə bağlı qərarından sonra biletlərini geri qaytarmaq istəyən vətəndaşlar heç bir problem olmadan biletlərini qaytara bilərlər. 

P. Ağabaleyava eyni zamanda qeyd edib ki, reyslərlə bağlı əlavə məlumat almaq üçün vətəndaşlar (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda  info@avtovagzal.az email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook" səhifəsinə yaza bilərlər.


Create Account



Log In Your Account