Dec 26 2019 11:10
Elshad Aliyev
Views: 348

“Azərbaycan Dəmir Yolları” QSC Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə əlaqədar Bakı-Gəncə istiqamətində əlavə daha bir qatar təyin edib.

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə dekabrın 30-da Bakıdan saat 8:00-da yola düşəcək qatar saat 11:45-də Gəncəyə çatacaq. Gəncədən isə saat 16:00-da Bakıya yola düşəcək və saat 19:45-də paytaxtda olacaq.


Create Account



Log In Your Account