Mar 27 2020 15:57
Elshad Aliyev
Views: 344

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi ölkədə elan edilmiş karantin rejimini nəzərə alaraq yayılma ehtimalı olan virusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir. Bunu nəzərə alaraq, hər bir hərəkət iştirakçısını “Evdə qal” kampaniyasına qoşulmağa dəvət edirik. Bununla siz özünüzün, yaxınlarınızın və ətrafda olanların sağlamlığının qeydinə qalmış olacaqsınız.

Bu sözləri AZƏRTAC-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

“Eyni zamanda, şəxsi avtomobillərdən istifadə edilməməsi və “Evdə qal” kampaniyasına qoşulmaq yol-nəqliyyat hadisələrinin, eləcə də yol hərəkəti qaydalarının pozulmasının azalmasına zəmin yaradır. Beləliklə də, xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrinin, küçə və yollarda gigiyenik tələbləri yerinə yetirən şəxslərin rahat və təhlükəsiz hərəkəti təmin edilmiş olur.

Sürücülərdən, xüsusən də hazırda paytaxda bölgə qeydiyyatında olan dövlət nömrə nişanlı nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş olunur ki, lüzumsuz olaraq yola çıxıb karantin qaydalarını pozmasınlar.

Əlavə olaraq, bir daha bildiririk ki, karantin tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı, xüsusən də sürücülər bu tələblərin yerinə yetirilməsini anlayışla qəbul edəcəklər”, - deyə o bildirib.


Create Account



Log In Your Account