Apr 05 2017 16:33
Ulviyye Sabirqizi
Views: 1337

Bakıda keçiriləcək "Formula-1" Azərbaycan Qran-Prisi ilə bağlı tikinti işlərinə start verilib.

“Formula-1”in tikinti işləri üzrə rəhbəri Tom Butçer bildirib ki, yarışla bağlı bütün tikinti işlərinin iyunun əvvəlinədək yekunlaşdırıması nəzərdə tutulur:

“Biz tikinti işlərini şəhər sakinlərinə və qonaqlara maneə törətmədən aparmağa çalışırıq. Artıq tribunaların quraşdırılmasına başlanılıb. Hazırda "Abşeron" və "Xəzər" tribunaları quraşdırılır. Beynəxalq Avtomobil Federasiyasının rəsmiləri və Formula-1 komandaları gələnədək işlər başa çatmalıdır”.

“Formula-1”lə bağlı bütün inşaat işlərini yerli tikinti şirkətləri həyata keçirirlər. İşlər yüksək keyfiyyətlə yerinə yetirilir. Bu, Azərbaycanda işçi qüvvəsi şəraitinin daha da yaxşılaşdırılması və yeni təcrübələrin qazanılması üçün  imkan yaradır. Sadəcə Pit binasında  deyil, trekin digər hissələri, tribunaların inşasında çalışan yerli işçilərin də təcrübə və bacarıqlara yiyələnməsi təmin edilir.

2017-ci ildə Bakı Şəhər Halqasında heç bir konfiqurasiya dəyişikliyi nəzərdə tutulmur. “Formula-1” trekinin Xaqani küçəsi, Bülbül prospekti və Zərifə Əliyeva küçəsindən keçən hissəsində baryerlər artıq quraşdırılıb. Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 23-dən 25-dək Bakıda keçiriləcək.

 

 


Create Account



Log In Your Account