Mar 06 2020 16:11
Elshad Aliyev
Views: 180

Bakı Limanında koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, martın 6-da liman əməkdaşlarına və ərazidə yerləşən sürücülərə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin hazırladığı broşürlər paylanılıb. Məlumatlandırıcı broşürdə virusdan qorunmaq, eyni zamanda, gigiyenik qaydalara əməl edilməsinə dair informasiya əks olunub. Qeyd olunan broşürlər limanın inzibati binalarında, anbarlarda, giriş-çıxış məntəqələrində yerləşdirilib.

Eyni zamanda, liman ərazisində əməkdaşların, qonaqların və sürücülərin əllərini dezinfeksiya etməsi üçün xüsusi dərman məhlulları olan qutular qoyulub.


Create Account



Log In Your Account