Apr 07 2017 12:29
Ulviyye Sabirqizi
Views: 1270

“Bakı Marafonu 2017”nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib.

CBC-nin məlumatına görə, mətbuat konfransında aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu 2017”də iştirak üçün qeydiyyat prosesi, təlimlər və yarışa hazırlıq barədə məlumat verilib.

“Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov bildirib ki, marafonda iştirak üçün bu günədək 6 385 nəfər qeydiyyatdan keçib: 

“Keçən il üçün ümumi iştirakçıların sayı 7 304 olub. Aprelin 30-na qədər vaxt olduğundan və bu il qeydiyyat daha tez başladığından düşünürük ki, iştirakçıların sayı 10 minə çatacaq. Aprelin 30-da keçiriləcək marafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Yarışın fan zonası isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur”.

 

 


Create Account



Log In Your Account