May 21 2021 15:07
Elshad Aliyev
Views: 108

“Nərimanov” elektrik deposunun park yolunda ilk dəfə dəmir-beton çevirici tirlər üzərində mərkəzləşdirilmiş yoldəyişdirici qurğu quraşdırılıb.

“Bakı Metropoliteni” QSC-dən “Economics”ə verilən məlumata görə, dəmir-beton çevirici tirlərin tətbiqi qatarların yoldan çıxma ehtimalını xeyli aşağı salır, istismar şərtlərini daha sərfəli və səmərəli edir, nəzarət-qulluq mexanizmlərini sadələşdirir. Onlar təbii hava şəraitində, iqlim dəyişkənliyində davamlı, dağılmaya qarşı yüksək müqavimətə malikdir.

Hazırda metronun həm yeni xətləri, eləcə də istismarda olan sahələri də dəmir-beton şpal və ya konstruksiyalar üzərində qurulur. Cari ilin ilk rübündə 415, ötən müddət ərzində isə 6 000-dən çox ağac şpal dəmir-beton şpal ilə əvəz olunub.


Create Account



Log In Your Account