Dec 06 2019 13:29
Elshad Aliyev
Views: 172

Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndə heyəti sərnişindaşıma sahəsinin öyrənilməsi və təcrübə mübadiləsi məqsədilə İstanbulda səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Bakıda yaradılacaq vahid dispeçer xidmətinin formalaşdırılması üçün qardaş Türkiyənin təcrübəsini öyrənməkdir.

Azərbaycanın nümayəndə heyəti səfər çərçivəsində İstanbul Bələdiyyəsinin tabeliyindəki İstanbul Elektrik Tramvay Tunel İdarəetmə Mərkəzinin və bu qurumun nəzdindəki “Metrobüs” Xidmətinin rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə ictimai nəqliyyat sisteminin idarə olunmasına dair məsələlər müzakirə edilib.


Create Account



Log In Your Account