Dec 05 2017 14:41
Ferah Sabirqizi
Views: 27

Bakını dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək ikinci Bakı Şopinq Festivalı keçirilib. Bu festival keçmiş MDB məkanında iri miqyaslı unikal tədbirlər sırasında yer alır.

Kampaniya zamanı xarici turistlərlə yanaşı, Azərbaycan vətəndaşları da ƏDV qaytarılması sistemindən yararlanıblar. Bu güzəştin yerli əhali üçün tətbiqi dünyanın heç bir ölkəsində rast gəlinməyən bir addımdır. Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biliblər. Ümumilikdə bu dəfəki festival müxtəlif yeniliklərlə yadda qalıb.  Festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlər təşkil olunub. Həmçinin uduşlu lotereyalar da keçirilib.

Bu haqda CBC-yə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şıxəmmədov məlumat verib: “Rəqəmlərə diqqət etsək, görərik ki, festival dövründə 8 min bilet lotereyada oynanılıb. Bunlardan 20.500 alıcı qalib elan olunub. Digər statistik rəqəmlərə baxanda, festival dövründə ümumi dövriyyə 33 milyon 800 min təşkil edib ki, onun da 3 milyon 366 mini ƏDV kimi qaytarılıb”.

Tədbir eyni zamanda Azərbaycanın mədəni-tarixi irsi və ölkəmizin potensialının dünyaya təbliğ edilməsinə, Bakı və ölkəmizin digər bölgələrinin turizm imicinin güclənməsinə xidmət edib. Payız Festivalının ilkin nəticələri göstərir ki, ikinci Bakı Şopinq Festivalı ötən festivalda olduğu kimi uğurlu alınıb. Belə ki, oktyabr ayı ərzində Azərbaycana 205 minə yaxın turist gəlib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 13 % artım deməkdir. 

“Festival üçün AZAL tərəfindən xüsisi tədbirlər təşkil olunub. Ölkə xaricində, xüsusilə də Azərbaycan üçün prioritet olan ölkələrdən – Rusiya, MDB, Türkiyə, Gücüstan, İran körfəzi ölkələri, İrandan gələn turistlər üçün 3 günlük və həftəlik turlar təşkil olunub. İştirakçı mağazalar aktiv şəkildə marketinq və satış kampaniyalarına qoşulub. Təklif olunan endirim və satış kampaniyaları böyük alıcı kütləsi tərəfindən müsbət qarşılanıb. Ümumi götürdükdə festivalı uğurlu saymaq olar”.

Festival boyunca alıcılara 10 faizdən 70 faizədək endirimlər təklif olunub. Bu festivalda 643 mağaza ştira edib. Oonlardan 493-ü ƏDV qaytarma proqramına qoşulub. Yerdə qalanları sdələşdirilmiş vergi ödəyicisi kimi iştirak ediblər. Festivalın Tax Free sistemi çərçivəsində 48 mindən çox hesab faktura təsdiqlənib. Qeyd edək ki, Şopinq festival Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilir. Festivalın təşkil olunması “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. İlk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində uğurla keçirilib.


Create Account



Log In Your Account