Jun 01 2020 18:00
Elshad Aliyev
Views: 157

Bir qrup şəxs xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayət olunan cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, onların ərazidən uzaqlaşdırılması təmin olunub.

Ümumilikdə 7 nəfər saxlanılıb. Onlardan 6-sı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub. Aksiyanın təşkilatçı olan bir nəfər barəsində toplanmış materiallar isə rayon məhkəməsinə göndərilib.

 


Create Account



Log In Your Account