Apr 16 2020 10:31
Elshad Aliyev
Views: 66

Həmişə öz fəaliyyətində xalqımızın yüksək milli-mənəvi dəyərlərini, fəal və ləyaqətli vətəndaş mövqeyini, xeyirxahlıq, nəciblik və mərhəmət prinsiplərini əsas tutan Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları növbəti humanist aksiyanı həyata keçiriblər.

BSU-nun Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq universitetin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın müvafiq tövsiyə və əmrinə əsasən, bu ali məktəbdə təhsil alan və sosial baxımdan cəmiyyətin həssas əhali təbəqəsinə aid edilən ailələrin övladlarına, o cümlədən hər iki valideynini itirmiş tələbələrə, həmçinin şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının övladlarına, eləcə də bu qəbildən olan digər ailələrin övladlarına ərzaq yardımı edilib. Qeyd edək ki, BSU-nun kollektivi ehtiyacı olan tələbələrə belə dəstək verməklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı və birinci xanım Mehriban Əliyevanın tövsiyələri ilə həmrəy olduğunu bir daha nümayiş etdirib.

Universitetin aztəminatlı tələbə-gəncləri göstərilən diqqət və qayğıya, verilən dəstəyə görə BSU-nun rəhbərliyinə təşəkkür edərək bu humanist addımı yüksək qiymətləndirdiklərini xüsusi vurğulayıblar.


Create Account



Log In Your Account