Dec 25 2019 13:19
Elshad Aliyev
Views: 103

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 10 mininci konteyner daşınıb.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, Türkiyə-Qazaxıstan marşrutu ilə hərəkət edən blok qatarının tərkibində 40 futluq konteyner ölkəmizin ərazisindən keçərək Qazaxıstanın Yeti Su stansiyasına çatdırılıb. İyirmi konteynerdən ibarət blok qatarının yükü dizel yanacağı ilə işləyən minik avtomobilləri olub. Daşıma “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”nin operatorluğu ilə həyata keçirilib.

2017-ci il oktyabrın 30-da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi durmadan artır. Belə ki, ötən il bu xətlə 4135 (TEU), bu il isə 5810 (TEU) konteyner daşınıb.


Create Account



Log In Your Account