Mar 28 2017 18:00
Ulviyye Sabirqizi
Views: 1537

Bakı-Tbilisi-Qars dəmir yolunun (BTQ) açılış mərasimi iyun ayının sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək.

CBC-nin məlumatına görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

Nazirin sözlərinə görə, BTQ dəhlizi Avropa ilə Çin arasında fasiləsiz dəmir yol əlaqəsini təmin edəcək.

O vurğulayıb ki, bu dəmir yolu vasitəsilə Çindən Avropaya yüklər 12-15 gün ərzində çatdırılacaq.


Create Account



Log In Your Account