Mar 03 2020 13:06
Elshad Aliyev
Views: 37

Təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət, eyni zamanda, dezinfeksiya və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Bu günə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160-dan çox ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən martın 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması dezinfeksiya işlərinin yekunlaşdırılmasına imkan yaradacaq.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanan müqavilə əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır”, - deyə Bəşarət Məmmədov qeyd edib.


Create Account



Log In Your Account