Feb 08 2017 14:14
Ulviyye Sabirqizi
Views: 1885

Bakıda Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası keçiriləcək.

CBC-nin AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, iclas martın 15-16-da olacaq. AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda da toplantıda iştirak edəcək.

O, “Fövqəladə qaçqın hallarının maliyyələşməsi yollarının inkişafı”na dair hesabat təqdim edəcək və bunun əsasında qətnamə qəbul olunacaq.

Yığıncaqda bir sıra digər hesabatlar da dinləniləcək, həmməruzəçilər təyin ediləcək.

 


Create Account



Log In Your Account