Mar 05 2020 15:52
Elshad Aliyev
Views: 94

İyunun 12-də start götürəcək futbol üzrə Avropa çempionatına 100 gün qalmış “Gənclik Mall” ticarət mərkəzində “Avro-2020” məlumat mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılışda iştirak edən “Avro-2020”nin səfiri Vəli Qasımov çempionatın həm idman, həm də turizm baxımından Azərbaycana göstərəcəyi müsbət təsirindən və əhəmiyyətindən danışıb.

Mərasimdə, həmçinin “Avro-2020”nin rəsmi maskotu “Skillzi” də iştirak edib və fotolar çəkdirib.

Qeyd edək ki, məlumat mərkəzi hər gün saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək. Mərkəzdən “Avro-2020” ilə bağlı məlumatlar əldə etmək və fotoguşədə şəkillər çəkdirmək mümkündür.


Create Account



Log In Your Account