Oct 12 2017 10:46
Naile Hesenova
Views: 167

Oktyabrın 16-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək.
AZPROMO xəbər verir ki, tədbirə tikinti və tikinti materialları, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı texnologiyaları, mühəndislik, ödəmə sistemləri, avtomobil icarəsi, logistika, radar sistemləri, aerokosmik müdafiə sistemləri, təhlükəsizlik, layihələrin idarə olunması, maliyyə, avadanlıq, ağartı məhsulları və digər sahələrdə fəaliyyət göstərən 17 ABŞ şirkətinin qatılacağı gözlənilir.
Biznes-forum saat 09:30-dan etibarən Bakı Biznes Mərkəzində olacaq.

 


Create Account



Log In Your Account